Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracının statistik dəyəri 13 milyard 402 milyon 417 min dollar təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablayıb ki, 2025-ci ilin eyni dövründə bu göstərici 13 milyard 139 milyon 24 min dollar olub. Beləliklə, neft-qaz ixracı 263 milyon 392 min dollar və ya 2 faiz artıb.
Artıma baxmayaraq, neft-qaz məhsullarının ümumi ixracdakı payı 86,3 faizdən 69,3 faizə düşüb. Payın azalması sektorun ixracının geriləməsi deyil, qızıl ixracı hesabına ümumi ixracın daha sürətli böyüməsi ilə bağlıdır.