Azərbaycanın kapoeyra millisinin üzvləri Braziliyada 3 qızıl medal qazanıblar AZƏRTAC

25.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Kapoeyra üzrə Azərbaycan millisinin üzvləri Braziliyanın Curitiba şəhərində keçirilmiş “Difazio Capoeira” turnirində uğurlu çıxış ediblər.

Azərbaycan Kapoeyra Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yeniyetmələrin mübarizəsində Dilqəm İsmayılov və Mehriban Hacıbabayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Böyüklərin yarışında isə Fərid Səlimov qızıl, Asya Atayeva gümüş mükafata yiyələnib.

Qeyd edək ki, Azərbaycan yığması turnirə baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi altında 5 idmançı ilə qatılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью