Azərbaycanın karate millilərinə yeni məşqçi təyin edilib

13.05.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə Tural Ağalarzadə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite millisinin köməkçi məşqçisi təyin olunub. Bu barədə SİA-ya AKF-nin mətbuat xidmətindən məlumat verilib.

Təyinat baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью