Marja.az saytına istinadən Icma.az xəbər verir.
2026-cı ilin yanvar-may aylarında kartof ixracı 14 milyon 603,7 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 22 milyon 511,4 min dollar idi.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.
Dəyər ifadəsində azalma 7 milyon 907,7 min dollar və ya 35,1% olub.
Miqdar ifadəsində kartof ixracı 56 min 780,6 tondan 38 min 418,6 tona düşüb. Azalma 18 min 362 ton və ya 32,3% təşkil edib.
Kartof ixracında azalma əsasən fiziki həcmin aşağı düşməsi ilə bağlıdır. Dəyər və miqdar göstəricilərinin paralel azalması ixrac bazarlarında tələbin və ya təklif həcminin zəiflədiyini göstərir.