Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın kayak və kanoeçiləri oktyabrın 14-də Gürcüstanın Mtsxeta şəhərində keçiriləcək beynəlxalq reqataya qatılacaqlar.
Apasport.az xəbər verir ki, "Mtsxeta Şəhəri Günü" münasibətilə keçiriləcək turnirdə Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) 6 idmançı ilə təmsil olunacaq.
Kanoe növündə Fəxri Sadıqlı və Rüstəm Əsgərov mübarizə aparacaq. Kayak qayığında Sənan Cəfərzadə, Nizami Kərimov, Tahir Mövsümov və Yunis Əhmədov medallar uğrunda yarışacaq.
Komandaya məşqçi İsbəndiyar Cəfərov başçılıq edəcək.
Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub Avarçəkənimiz Avropa çempionatında çıxış edəcək Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib Mingəçevirdə ölkə çempionatı keçiriləcək