Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. “Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ixrac potensialı strateji baxımdan y
Son illərdə bu sektorda müşahidə olunan dinamik inkişaf, xüsusilə 2025-ci ilin nəticələri, kənd təsərrüfatının ölkə iqtisadiyyatında artan r
Bu sözləri SİA-ya açıqlmasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, statistik göstəricilərə əsasən, 2025-ci ildə Azərbaycanda 3 milyon 339 min tondan artıq dənli və paxlalı bitkilər istehsal olunmuşdur ki, bu da ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və ixrac imkanlarının genişlənməsi baxımından mühüm göstəricidir: ”Eyni zamanda, pambıqçılıq sahəsində son 30 ilin ən yüksək nəticəsi qeydə alınmış, istehsal həcmi 360 min tondan çox olmuşdur.
Heyvandarlıq və digər kənd təsərrüfatı sahələrində də artım tendensiyası davam etmişdir.
Əldə edilən bu müsbət nəticələr ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatına göstərilən sistemli diqqət və dəstəyin, eləcə də müvafiq dövlət proqramları və inkişaf layihələrinin ardıcıl şəkildə icrasının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
2024–2025-ci illərin müqayisəli təhlili göstərir ki, bir sıra məhsullar üzrə ixrac göstəriciləri əhəmiyyətli dərəcədə artmışdır.
Belə ki, təzə meyvə ixracı 28,2 faiz, təzə tərəvəz 17,9 faiz, şəkər 58,5 faiz, bitki yağları 22,3 faiz, pambıq ipliyi isə 17,8 faiz artım nümayiş etdirmişdir.