Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Marja.az Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə “Əsas makroiqtisadi göstəricilərin icmalı”na istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı istehsalında real artım 1,1% təşkil edib. 2026-cı ilin yanvar–avqust aylarında illik artım 2,6% olmuşdu.
Beləliklə, 9 aylıq dövr üzrə kənd təsərrüfatında artım tempi 8 aylıq göstəricidən 1,5 faiz bəndi aşağı düşüb.