Azərbaycanın Kosovo və San Marino ilə oyunlarının vaxtı dəqiqləşib

15.11.2024

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin yer aldığı B qrupunun oyun cədvəli açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq komandamızın səfəri yanvarın 23-dən 27-dək baş tutacaq.

Qarşılaşmalar San Marinoda keçiriləcək.

24 yanvar
Kosovo – San Marino

25 yanvar
Azərbaycan – Kosovo

26 yanvar
San Marino – Azərbaycan

Qeyd edək ki, yalnız qrup qalibi komanda əsas mərhələyə vəsiqə qazanacaq və 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə ilə qarşılaşacaq. Oyunlar 25-30 martda Xorvatiyada keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью