Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

15.10.2026

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun aktivləri 7 % artaraq 64,9 milyard manata çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 50 %-i deməkdir.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Maliyyə sektorunun aktivlərinin qeyri-neft-qaz ÜDM-nə nisbəti isə 71 % təşkil edir. Yanvar-iyun aylarında sektorun bütün seqmentləri üzrə artım müşahidə olunub. Bununla belə, əsas komponent yenə bank sektorudur. Bankların aktivləri ümumi aktivlərin 94 %-ni təşkil edir, - deyə o qeyd edib.

report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью