“Azərbaycanın masada olması həm İran, həm də Rusiya üçün açıq mesajdır” ŞƏRH | Icma.az
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycanın Qəzza Sülh Şurasında iştirakı Bakının yalnız Cənubi Qafqaz kontekstində deyil, həmçinin Yaxın Şərq və Avrasiya geosiyasətində söz sahibi olduğunu göstərir”.
Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Amid Əliyev deyib: “Proses həmçinin ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcını göstərir.
Son illərdə dalğalı xarakter alan əlaqələrdə Vaşinqton Bakıya yenidən strateji tərəfdaş kimi baxır.
Bu dəvət Azərbaycanın regional proseslərdə bərabərhüquqlu iştirakçı statusuna yaxınlaşdığını və Cənubi Qafqazda siyasi balansın dəyişdiyini göstərir.
Paralel olaraq, Türkiyə–Azərbaycan tandeminin Yaxın Şərq məsələlərində diplomatik sinxronluq yaratmaq imkanları genişlənir ki, bu da müsəlman dünyasında koordinasiyalı mövqenin formalaşmasına töhfə verir.
Artıq bu istiqamətdə Suriya modeli siyasi layihə olaraq uğurla icra olunur. Region üçün bu dəvət daha geniş məna daşıyır.
Cənubi Qafqaz tədricən lokal münaqişələr zonasından çıxaraq qlobal diplomatik gündəliyin bir hissəsinə çevrilir”.
Tam oxu
Xəbəri oxu