Azərbaycanın mebel idxalına çəkdiyi xərc 16% artıb

26.02.2025

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayında Azərbaycana 11 milyon 845 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyon 659 min dollar və ya 16.3% artıb.

2024-cü ilin yanvar ayında ölkəyə 10 milyon 186 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, ötən ay bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,58% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью