Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
1996-cı ildə əsası qoyulmuş və mebellərin istehsalı ilə məşğul olan "Embawood" şirkəti 2024-cü ili 2 milyon 281 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 434 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Embawood" şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 847 min manat və ya 5,2 dəfə artıb.
Marja.az xəbər verir ki, "Embawood" şirkətinin satışdan gəlirləri 2023-cü ildə 59 milyon 726 min manat ikən, 2024-cü ildə 102 milyon 430 min manata yüksəlib (42 milyon 704 min manat və ya 71,5% artıb).

Ötən il "Embawood" şirkətinin cəmi əməliyyat gəlirləri 102 milyon 436 min manat cəmi əməliyyat xərcləri 99 milyon 585 min manat, əməliyyat mənəəti 2 milyon 851 min manat təşkil edib. Şirkət 2024-cü ildə 570 min manat mənfəət vergisi ödəyib.
31 dekabr 2024-cü il tarixində "Embawood" şirkəti 83 milyon 41 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 85 milyon 102 min manat cəmi aktivlərə malik idi.