Azərbaycanın medallarının sayı 7 yə çatdı

21.08.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, həlledici qarşılaşmada hər iki idmançı Yaponiya təmsilçisi ilə üz-üzə gəlib.
Günay Qurbanova (57 kiloqram) Konami Onoya 6:16, Ruzanna Məmmədova (59 kiloqram) isə Sae Noquçiyə uduzaraq gümüş medalla kifayətlənib.
Bununla da Azərbaycanın dünya çempionatında qazandığı medalların sayı 7-yə çatıb. Daha əvvəl yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kiloqram) qızıl, Cavidan Nehmətov (77 kiloqram) gümüş, Emin Cavadlı (55 kiloqram), Tural Əhmədov (63 kiloqram) və Elmin Əliyev (82 kiloqram) isə bürünc medal əldə ediblər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью