Azərbaycanın Mərakeşdəki səfiri indoneziyalı həmkarı ilə görüşüb

05.08.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov İndoneziyanın bu ölkədə yeni təyin olunmuş səfiri Yuyu Sutisna ilə görüş keçirib. SİA xəbər verir ki, bu barədə Nazim Səmədov "X" hesabında yazıb.

"Bu gün səfirlikdə həmkarım, İndoneziyanın Mərakeşdəki səfiri Yuyu Sutisnanı tanışlıq məqsədilə qəbul etdim. Ona Mərakeşdəki missiyasında uğurlar arzuladım", - o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью