Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bunu prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edərkən deyib.
Bu cümlə Azərbaycanın izlədiyi xarici siyasətin əsl mahiyyətini açır. Azərbaycan dünyanın bütün supergücləri ilə də, orta güc dövlərləri ilə də bərabər məsafəli münasibətlər qura bilib. Bu, beynəlxalq siyasətdə hər dövlətə, hər hökumətə nəsib olmur.
Prezident İlham Əliyev bəzi dövlətlərin bir-biri ilə yaxşı münasibətdə olmadığını deyib. Ardınca da Azərbaycanı beynılxalq maraq vı güc toqquşmasından uzaq tutmağa çalışdığını göstərib. O, ABŞ-İran, İran-İsrail münasibətlərini nəzərdə tutub. Daha doğrusu, heç bir münasibətin olmamasını. Bu xətlərdə qarşıdurmanın yaşı 50-yə yaxınlaşır. Azərbaycan isə 34 ildən çoxdur, müstəqilliyini əldə edib. Bu dövrdə Azərbaycana dəfələrlə sərt və davamlı təzyiqlər olub, ancaq Azərbaycan konkret olaraq, İrana, eləcə də, başqa hər hansı bir ölkəyə qarşı aparılan hərbi müdaxiləyə, siyasi pressinqə, yaxud iqtisadi sanksiyalara qoşulmayıb. Məlum tarixi Vaşinqton Sülh Sammitindən sonra da rəsmi Bakının bu mövqeyi dəyişməyib.
Azərbaycanla ABŞ arasında hazırda münasibətlərin bərpası və sürətli inkişafı fonunda da rəsmi Bakı yenə də Birləşmiş Ştatlarla İran, yaxud Birləşmiş Ştatlarla Rusiya arasında, eləcə də, Vaşinqtonla Pekin arasında münasibətlərə qarışmır, müxtəlif dövlətlər arasındakı ziddiyyətlərdə oynamır, hər hansı tərəf tutmur, əksinə müxtəlif tərəflər arasında tərəfdaşlıq imkanlarını yaradır, əlveririşli geostrateji platformalar təklif edir.
Yadınızdadırsa, 1994-cü ilin sentyabrın 20-də tarixi "Əsrin müqaviləsi" imzalanarkən, orada Azərbsycanın özü ilə yanaşı Avropa dövlətlərinin - Böyük Britaniyanın, Norveçin, ABŞ-ın, Rusiyanın, İranın, Səudiyyə Ərəbistanının, Türkiyənin şirkətləri var idi. Sonradan Yaponiyanın şirkəti də qoşuldu. Ba Azərbaycan hələ o zaman - özünün nisbətən zəif vaxtında bütün toqquşan maraqları uzlaşdıra bilmişdi. "Əsrin kontraktı" adlandırılan neft müqavilələri əslində Azərbaycanın xarici siyasət modelinin maddiləşmiş forması idi. O zamandan Azərbaycan bu xətti davam və inkişaf etdirir.
Azərbaycanla ABŞ arasında stratei tərəfdaşlıq münasibətlərinin qurulması prosesi gedir və bu, bəzi xarici dairələrdə sual doğurmuşdu; "Azərbaycan-ABŞ bölgədə gərginliyi artıracaqmı?" deyə sual yaratmışdı. Prezident İlham Əliyev bir cümləsi ilə bütün şübhələrə, real və mümkün qıcıqlanmalsra cavab vermiş oldu. Prezident İlham Əliyev bəyan etmiş oldu ki, Azərbaycan dövlətinin öz strateji xəttindən, öz xarici siyasətindən imtina etmək fikri yoxdur. Əksinə konkret olaraq Cənubi Qafqazı maraq toqquşmaları üçün meydan kimi təsəvvür edənlərə, bu yanaşmalarına düzəliş verməyi, yaxud dəyişməyi, konfrontasiya modundan əməkdaşlıq moduna keşməyi təlqin edir. Maraqları yarışdırmağı deyil, uzlaşdırmağı təklif edir. Başqa sözlə, münaqişələrə, müharibələrə, qarşıdurmaya ideal alternariv təklif edir. Bunun necə qarşılanması artıq başqa tərəflərin işidir.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info