Azərbaycanın məşhur klinikası bağlandı KONKRET

24.06.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın tanınmış klinikası fəaliyyətini dayandırıb.

KONKRET.az mansetaz-a istinadən xəbər  verir ki, “Mayomed” klinikası bir neçə gün əvvəl bağlanıb.

Klinikanın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 205 ünvanında yerləşən binasından bütün tibbi avadanlıqlar çıxarılıb, həkim heyəti və digər əməkdaşlarla sağollaşılıb. Artıq klinikanın reklam lövhələri də binanın üzərindən götürülüb.

Klinikanın hansı səbəbdən fəaliyyətini dayandırdığı məlum deyil.

Qeyd edək ki, “Mayomed” klinikası daha çox fizioterapiya və reabilitasiya xidmətləri ilə tanınıb.

  
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью