Azərbaycanın məşhur şaurma brendi xaricə çıxmağa hazırlaşır

02.09.2026

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Azərbaycanın milli fast-food brendi “Şaurma N1” xarici bazarlara çıxmağı və beynəlxalq restoran şəbəkəsinə çevrilməyi planlaşdırır.

Marja.az Şirkətə istinadən xəbər verir ki, milli brend kimi qloballaşmaq məqsədilə strateji fəaliyyət planı hazırlanır. Xaricdə genişlənmənin birinci mərhələsində Qafqaz ölkələrində yeni filialların açılması hədəflənir. Sonrakı mərhələdə isə “Şaurma N1” brendinin Asiya ölkələrinin fast-food bazarlarına çıxarılması nəzərdə tutulur.

Şirkət xarici bazarlarda da vahid dad, keyfiyyət və xidmət standartlarının qorunmasını əsas prioritet kimi müəyyənləşdirib.

1998-ci ildən fəaliyyət göstərən “Şaurma N1” hazırda Azərbaycanda 31 xidmət nöqtəsinə malikdir. Şirkət son bir ay ərzində Bakının Nərimanov rayonunda, Fəvvarələr meydanında və Heydər Əliyev Beynəlxalq Aeroportunun II terminalında üç yeni filial açıb.

Brend xarici bazarlara çıxışla yanaşı, Azərbaycanın böyük şəhər və rayonlarında da restoran şəbəkəsini genişləndirməyi planlaşdırır.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью