Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sovet işğalı dönəmində Oljas Süleymanov, Çingiz Aytmatov kimi milli mübarizə, milli fikir adamları yetişdirən bir bölgənin aydını bütün geopolitik reallığa qarşı milli iradəni ifadə etməli idi”.Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.Millət vəkili son günlər bir sıra türk dövlətlərinin Şimali Kipr Türk Respublikası ilə bağlı olan mövqelərinə münasibət bildirib.T.
Rüstəmxanlı xatırladıb ki, bir neçə gün öncə Özbəkistanın tarixi şəhərlərindən biri olan Səmərqənddə keçirilən “Avropa İttifaqı – Mərkəzi Asiya” sammitində qəbul edilən birgə bəyannamədə Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın – Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bildirməsi böyük təəssüf doğurdu:“Zatən Mərkəzi Asiya ölkələrinin heç biri bu günə qədər Şimali Kipri rəsmən tanımamışdı.
Yəni faktiki heç bir diplomatik vəziyyət dəyişmir. Amma bunu sənədlə təsdiqləmək türk Kipri, Türkiyə və bütövlükdə türk dünyası üçün diploma
Hər bir türk üçün Şimali Kiprin tanınması məsələsi təkcə diplomatik deyil, həm də milli və ideoloji məsələdir.
Bu kontekstdə Mərkəzi Asiyanın türk respublikalarının bu mövzuda susmaq əvəzinə açıq şəkildə yunan Kiprinin yanında olması qəbuledilməzdir”.Müsahibimiz əmindir ki, Azərbaycan, təbii olaraq, Türkiyənin Şimali Kipr siyasətini dəstəkləyir və beynəlxalq platformalarda bu məsələdə susqunluq nümayiş etdirmir:“Prezident İlham Əliyev bu məsələdə mövqeyi açıq və net şəkildə ifadə edib.
Yeri gəlmişkən, dövlətimizin ifadə olunan bu milli qətiyyəti Türkiyə və Kiprdə böyük coşqun ilə alqışlanmaqla bərabər, həm də Azərbaycan adına hər birimizdə qürur hissi yaşatdı.
Amma bu qürurla yanaşı Orta Asiya qardaşlarımız üçün üzüntü də var.