“Azərbaycanın milli futbol komandası heç bir beynəlxalq yarışa buraxılmamalıdı” Sabir Rüstəmxanlıdan şok təklif

20.11.2024

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı da yığmanın dünənki utandırıcı məğlubiyyətinə biganə qalmayıb.

“Football-plus.az” xəbər verir ki, o, sosial şəbəkə hesabında qəzəbini belə ifadə edib:

“Məncə, Azərbaycanın milli futbol komandası heç bir beynəlxalq yarışa buraxılmamalıdı. Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar…”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью