Azərbaycanın Milli Uyğunlaşma çağırışı

21.11.2024

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “COP29-da Uyğunlaşma Fəaliyyətinin Sürətləndirilməsi: Milli Uyğunlaşma Planlarının formalaşdırılması və həyata keçirilməsinin sürətləndirilməsi” mövzusunda keçirilən konfransda Azərbaycanın bu ayın əvvəlində özünün Milli Uyğunlaşma Planını (MUP) təqdim etdiyini bildirib.

O, ölkələri 2025-ci ilə qədər öz MUP-larını təqdim etməyə çağırıb: “Bu bizə 2030-cu ilə kimi onların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək. Bu planlar ən yaxşı təcrübəni necə paylaşdığımıza, texnologiyanın ötürülməsinə və bir-birimizin ambisiyalarına necə dəstək olacağımıza yol göstərəcək”.

Onun sözlərinə görə, uyğunlaşma indi hər zamankından daha çox siyasi iradəyə ehtiyac duyur.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью