Milli.az saytına istinadən Icma.az xəbər verir. İyunun 5-də Nepalın aparıcı "Nepalkhabar" media portalında "Minalar və partlamamış hərbi sur
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Nepalda akkreditə olunmuş Səfirliyinin müəllifi old
Məqalədə 1991-ci ildən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinin, o cümlədən Qara
Qeyd olunur ki, ölkə ərazisinin 13%-dən çoxunda təxminən 1,5 milyon mina və partlamamış hərbi sursatlar qalmaqdadır.
Bu problemin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışına ciddi maneə yaratdığına, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra minaların partlaması nəticəsində 397 vətəndaşımızın həlak olduğuna və yaralandığına diqqət çəkilir.
Mina xəritələrinin təqdim edilməsi ilə bağlı Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistanın uzun müddət belə xəritələrin mövcudluğunu inkar etdiyi, yalnız beynəlxalq təzyiqlərdən sonra təqdim etdiyi bu xəritələrin minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə etdiyi və yalnız 25% dəqiq olduğu, son mina hadisələrinin 55%-dən çoxunun bu xəritələrin əhatə etdiyi ərazilərdən kənarda baş verdiyi bildirilir.
Yazıda mina probleminin təsirlərinin aradan qaldırılması məqsədilə ölkəmizdə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının, maarifləndirmə kampaniyalarının və mina qurbanlarına dəstək tədbirlərinin həyata keçirildiyi qeyd edilir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ərazilərin minalardan təhlükəsiz və səmərəli şəkildə təmizlənməsini təmin etmək üçün qabaqcıl minatəmizləmə texnologiyaları və vasitələrindən geniş istifadə etdiyi bildirilir.