Azərbaycanın mis və qızıl ixracı hədəfləri açıqlandı

22.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, proqram bu məqsədə çatmaq üçün əsas istiqamətləri müəyyən edir. Bunlar mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsidir:

"Dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlərdir. Eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Biz əsas istiqamətlərdir dedikdə, bu gün sübut edilmiş, istismarda olan yataqlara əsaslanırıq. Eyni zamanda, həm ilkin geoloji tədqiqatlar, həm bu gün əlimizdə olan məlumatlar və gələcək işlər bu siyahının genişlənəcəyinə bizdə əminlik hissi yaradır".

Nazirin deyib ki, burada dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından da istifadə olunacaq.

"Proqramın əsas hədəfləri kifayət qədər böyükdür. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur", - deyə M. Cabbarov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью