Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı TUF realiti şousunun finalına yüksəlib.
XQ xəbər verir ki, ən yüngül çəki dərəcəsində döyüşən idmançımız yarımfiinal mərhələsində amerikalı Kristian Stronqla üz-üzə gəlib. Məhəmmədəli 2-ci raundda rəqibini "Buggy Choke" fəndi iləməğlub edərək finala vəsiqə qazanıb.
Məhəmmədəli finalda qırğızıstanlı İlimbek Akylbek uulu ilə döyüşəcək.
Qeyd edək ki, UFC təşkilatına vəsiqə verən final döyüşü Sentyabr ayının 26-da keçiriləcək.