Azərbaycanın MMA döyüşçüsü yeni turnirdə iştirak edəcək

20.01.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev yeni turnirdə iştirak edəcək.

"Report"un məlumatına görə, 35 yaşlı idmançı bu barədə rəsmi "X" hesabında paylaşım edib.

Musayev "Global Fıght League"də mübarizə aparacaq. O, paylaşdığı postda "yeni səyahət, eyni məqsəd" yazıb.

Qeyd edək ki, Tofiq Musayev son olaraq "Rizin" Döyüş Federasiyasında mübarizə aparıb. O, dekabrın 31-də Yaponiyadakı "Saitama Super Arena"da braziliyalı rəqibi Roberto Satoşi Souzaya uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью