Azərbaycanın MMA döyüşçüsünün Rizindəki növbəti rəqibi

05.12.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmovun "Rizin" Döyüş Federasiyasındakı növbəti rəqibi bəlli olub. SİA xəbər verir ki, bu barədə qurumun rəsmi "X" hesabı məlumat yayıb.

O, dekabrın 31-də braziliyalı Roberto Satoşi Souza ilə üz-üzə gələcək. 71 kq çəki dərəcəsindəki döyüş Yaponiyadakı "Saitama Super Arena"da təşkil ediləcək.

Qeyd edək ki, Vüqar Kərəmov "Rizin"dəki son görüşündə yaponiyalı Kazumasa Majimaya qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью