Azərbaycanın MMA döyüşçüsünün Rizindəki növbəti rəqibi bəlli olub

05.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmovun "Rizin" Döyüş Federasiyasındakı növbəti rəqibi bəlli olub.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi "X" hesabı məlumat yayıb.

O, dekabrın 31-də braziliyalı Roberto Satoşi Souza ilə üz-üzə gələcək. 71 kq çəki dərəcəsindəki döyüş Yaponiyadakı "Saitama Super Arena"da təşkil ediləcək.

Qeyd edək ki, Vüqar Kərəmov "Rizin"dəki son görüşündə yaponiyalı Kazumasa Majimaya qalib gəlib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью