Azərbaycanın mobil rabitə gəlirləri martda 7 % dən çox artıb

14.04.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 303,4 milyon manat gəlir əldə edilib.

XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur.

Təkcə martda isə adıçəkilən xidmətlərdən 98,1 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 7,1 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 291 milyon manat gəlir əldə edilib. Bu, 2024-cü illə müqayisədə 4,5 % çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью