Azərbaycanın mövqeyi, münaqişə və müharibə ocaqları Cənubi Qafqaza doğru sürüşdürülməməsinə yönəlib

10.07.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya-Azərbaycan arasında xeyli zamandır gərgin münasibətlərin şahidiyik. Rəsmi ritorikada mövcud vəziyyətin daha da qızışdırılmaması üçün həssaslıq göstərilsə də, hər halda inkarolunmaz reallıqlar mövcuddur”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, Rusiya Qərb rəqabəti, “bilək yarışı” hədəf seçilən ərazidə nəticəyə hasil ola bilmədiyindən arealı dəyişdirilməyə çalışılır, lakin bu cəhdlərdən daha çox digər regionun aktorlarının bu hədəfə verdiyi reaksiya daha vacibdir: “Bu istiqamətdə Azərbaycanın uzun zamandan bəridir ki, xüsusi mövqe sərgilədiyinin şahidiyik. Münaqişə və müharibə ocaqları Cənubi Qafqaza doğru sürüşdürülməməlidir. Prezident İlham Əliyev elə uzaqgörən və müdrik bir siyasət yürüdür ki, bu siyasət gələcək nəsillərə də müharibədən uzaq, təhlükəsiz bir regionda yaşayıb-yaratmaq imkanları təqdim edir. Məqsəd Cənubi Qafqazın iqtisadi layihələrlə maksimum çox olan zona olmasıdır. Səlis məntiq onu diktə edir ki, qarşılıqlı iqtisadi layihələrdə marağı olan heç bir tərəf eskalasiyaya getməyəcək. Ermənistana bu şans yenə verilir. Dövlət başçımız aydın bildirmişdi ki, Ermənistan yanlış siyasətindən əl çəksəydi, Gürcüstan kimi tranzit ölkəyə çevrilə bilərdi”.

Azər Badamov

Deputat vurğulayıb ki, Azərbaycan Rusiya ilə münasibətlərin daha da gərginləşməsini istəmir.

“Zənn etmirəm ki, indiki məqamda qarşı tərəf də buna meyl edəcək. Lakin bir həqiqəti hər zaman göz önündə tutmaq lazımdır ki, Rusiyanın fundamental baxışı proseslərin nə olur-olsun öz oxundan çıxmasına icazə verməməsidir. Bu baxımdan neytral tərəf və aktor olaraq BƏƏ-nin seçilməsi, həm də bu meydanın Türkiyə ilə olan münasibətləri də nəzərə alınaraq təyin olunması düzgün addım və mühüm amil idi. Çünki nəticənin əldə olunması qədər, ondan sonra cəhd edilməyə çalışılan proseslərə nəzarətin əldən verilməməsi də Azərbaycan tərəfindən hesablanmamış deyil”-deyə Azər Badamov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью