Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur

25.05.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 25 may, AZƏRTAC

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, mayın 25-də Azərbaycanın Gürcüstandakı səfirliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) nümayəndələri, Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və onu müşayiət edən şəxslər, eləcə də jurnalistlər 28 May - Müstəqillik Günü münasibətilə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.

Parka toplaşanlar müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə əklil qoyub, gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları daha sonra Botanika bağında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarlarının yerləşdiyi panteonu ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

M.F.Axundzadə, M.Şəfi Vazef və digər mütəfəkkirlərin də məzarları ziyarət olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью