Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur. Belə ki, 2026-cı ilin 1 oktyabr tarixinə dövlət borcu 23,9 mlrd. manat və ya illik ÜDM-in 17,3 faizi səviyyəsində olub.
Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ən aşağı olduğu ölkələr sırasındadır: “Dövlət borcunun 2026-2030-cu illərdə ümumi daxili məhsulun 20 faiz ətrafında saxlanılması nəzərdə tutulur.
Borc portfelinin strukturu üzrə 16.2 mlrd. manat və ümumi portfelin 68 faizi daxili dövlət borcunun, 7.7 mlrd. manat və ya 32 faizi xarici dövlət borcunun payına düşür.
Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır. Belə ki, dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,6 ilə, 7 və 10 illik istiqrazların borc portfelindəki payının 44 faizə çatması portfelin keyfiyyətinin yaxşılaşmasını göstərir”.