Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qrossmeyster normasını yerinə yetirən azərbaycanlı şahmatçıların sayı 43 nəfərdən ibarətdir.
Modern.az-ın Şahmat Federasiyasından əldə etdiyi məlumata görə, kişilər arasında 29 nəfər, qadınlardan isə 12 şahmatçı beynəlxalq qrossmeysterdi.
Federasiya keçirləcək regional və beynəlxalq təbdirlər barədə də saytımıza məlumat verib. Qeyd olunub ki, bu il “Azərbaycan Şahmat Turu” keçiriləcək:
"Ötən il olduğu kimi bu ildə də “Azərbaycan Şahmat Turu” keçiriləcək. 2026-cı ildə də müxtəlif yaş qrupları üzrə şahmatçılar təqvimə uyğun beynəlxalq yarışlarda iştirak edəcək. Qadın və kişilərdən ibarət milli komandalar isə payızda Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq.
Uzun illər təşkil olunan “Baku Open” Beynəlxalq Şahmat Festivalı bu ildə də keçiriləcək. Yarışda 10-dan çox ölkədən 1000-ə yaxın şahmatçının iştirakı gözlənilir".
O, da qeyd edilib ki, hazırda ölkə şahmatında yeni nəsil formalaşır:
"Azərbaycan uzun illər şahmat ölkəsi kimi nüfuzunu qoruyur. Təkcə ötən il qazanılan uğurları xatırlamaq kifayətdi. Qadın şahmatçılardan ibarət milli komanda dünya çempionatında ikinci yeri tutdu. Kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatında gümüş medal qazandı. 14 yaşlı Xaqan Əhməd Avropa çempionu oldu. Hazırda ölkə şahmatında yeni nəsil formalaşır. Dövlətin idmana qayğısı nəticəsində yeniyetmə və gənclərə lazımi şərait yaradılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şahmata və şahmatçılara göstərdiyi yüksək dəstək sayəsində zəka sahibləri iştirak etdikləri yarışlarda hər zaman qələbə uğrunda mübarizə aparır", - Federasiyadan saytımıza bildirilib.