Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

19.10.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft ixracı 15,8 milyon ton (dəyər ifadəsində 10.1 milyard dollar) təşkil edib.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, İtaliya Azərbaycanın ən böyük neft alıcısı olub.
Hesabat dövründə bu ölkəyə 5,5 milyard dollar dəyərində neft ixrac edilib.
İkinci sırada Çexiya (908,4 milyon dollar), üçüncü sırada Rumınya (644,3 milyon dollar), dördüncü sırada Hindistan (399,2 milyon dollar), beşinci sırada Almaniya (395,7 milyon dollar) yer alıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью