Azərbaycanın neft koksu ixracından əldə etdiyi gəlir 85,3 milyon dolları ötüb

30.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 85,3 milyon ABŞ dolları dəyərində 212,9 min tondan çox neft koksu ixrac edilib.

XQ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,9 dəfə, həcmi isə 43,8 faiz artıb.

Cari ilin ilk 9 ayında neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,36 faizə bərabər olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью