Azərbaycanın neft koksunun ixrac dəyəri iki dəfə artıb

19.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft koksunun ixracı illik müqayisədə 43,8 faiz artaraq 213 min ton təşkil edib.

XQ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,91 dəfə artaraq 85 milyon 334,95 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni aylarında Azərbaycandan 148,1 min ton və ya 44 milyon 737,37 min dollar dəyərində neft koksu ixrac edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью