Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 037,7 mln. manat həcmində vəsait yönəldilib.
Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin müvafiq dörünün göstəricisi (1 351 mln.
manat) ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 23,2% azalıb.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 738,7 mln. manat həcmində vəsait yönəldilib.
2023-cü ilin göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,4% azalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.