Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 36 084,4 mln. manat təşkil edib, bu da illik müqayisədə 1,3% azalma deməkdir.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 32 151,6 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 2,9% azalma deməkdir.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
Fəaliyyət növlərinin adı
2026-ci ilin yanvar-oktyabr aylarında istehsal edilib, milyon manat
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə
Mədənçıxarma sənayesi
36 084,4
98,7
Xam neft və təbii qaz hasilatı
32 151,6
97,1
Metal filizlərinin hasilatı
1 013,9
154,6
Mədənçıxarma sənayesinin digər sahələri
1 78,4
85,1
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi
2 740,5
127
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 22 134 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 31 775,7 mln. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,7%, əmtəəlik qaz hasilatı isə 1,5% azalıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
Məhsul növləri
2026-cı ilin yanvar- oktyabr aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.11.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Xam neft və təbii qaz hasilatı
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton
22 235,9
96,5
307,9
ondan əmtəəlik
22 134
96,3
307,9
Təbii qaz, milyon kub metr
41 942,6
99,6
-
ondan əmtəəlik
31 775,7
98,5
-