Azərbaycanın nəqliyyat rəsmiləri Tbilisidə rəsmi səfərdə olacaq

17.02.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 18-də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Gürcüstana rəsmi səfər edəcəklər.

Bakıvaxtı.az bu barədə Report-a istinadla xəbər verir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşü planlaşdırılır. Tbilisidə keçiriləcək görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, regional tranzit marşrutlarının inkişafı və strateji infrastruktur layihələrinin müzakirə ediləcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью