Azərbaycanın Niderlanda yeni təyin olunmuş səfiri macarıstanlı həmkarı ilə görüşüb | Icma.…
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın Niderlanda yeni təyin olunmuş səfiri Məmməd Əhmədzadə macarıstanlı həmkarı Daniel Landeklə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Macarıstanın Haaqadakı diplomatik missiyasının başçısı sosial şəbəkədə bildirib.
O, Əhmədzadə ilə Budapeştdəki Azadlıq və Marqaret körpülərinin rəsimlərinin fonunda birgə çəkilmiş fotosunu paylaşaraq qeyd edib: “Körpülər qurmaq: bu gün Haaqa şəhərində Azərbaycanın yeni səfiri Zati-aliləri cənab Məmməd Əhmədzadəni qəbul etdim.
Niderlanda xoş gəlmisiniz”. Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderlandın kralı Vi
Ötən il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev diplomatı sözügedən ölkədə səfir təyin etmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu