Azərbaycanın Olimpiya çempionları ilin ilk beynəlxalq toplanışında iştirak edirlər AZƏRTAC

08.01.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan cüdo üzrə milli komandası Avstriyanın Mittersil şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq toplanışda 30 azərbaycanlı cüdoçu, o cümlədən Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev iştirak edirlər. Avropa Cüdo Birliyi tərəfindən təşkil olunan bu təlim-məşq toplanışı yeni mövsümə hazırlığın əsas mərhələsi hesab olunur.

Yanvarın 15-dək davam edəcək hazırlıq prosesində ümumilikdə, 44 ölkədən 848 idmançı iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью