Azərbaycanın olimpiya çempionu: Qızıl medalımın vəziyyəti çox məyusedicidir | Icma.az
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq. "Həqiqətən də medalın keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb.
Hərçənd, onu bacardığım qədər qorumağa çalışıram. Medalı qutuda saxlayıram və çalışıram ki, çox da daşımayım".
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyev deyib.
O, Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı qızıl medalın hazırkı vəziyyəti barədə danışıb: "Olimpiadadan sonra medalı özümlə müxtəlif tədbirlərə apararkən, bunu çox səliqəli edirdim.
Bununla belə, medalın rəngi gedir, asılqanı isə yarıyadək cırılıb. Medal cızılmış kimi görünür, rəngi isə sanki solur.
Bu, çox məyusedicidir. Axı mənim üçün medal həyatım boyu bir tarix, vacib xatirə və özümdən sonrakılar üçün rəmzdir".
Kotsoyev medalını yeniləmək istədiyini də diqqətə çatdırıb: "Onu əvvəlki görkəmində saxlamağı çox istərdim.
İmkan olsa, bərpa etməyə çalışacağam. Artıq mənə kömək edib-edə bilməyəcəklərini öyrənmək üçün Milli Olimpiya Komitəsinə müraciət etmişəm.
Tam oxu
Xəbəri oxu