Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatındaÖtən həftənin ikinci yarısı havalar Azərbaycanda hiss ediləcək dərəcədə soyuyub və dağından tutmuş aranınadək qeyri-stabil hava şəraiti müşahidə edilir.
Belə bir şəraitdə diqqətimi çəkən bir məqamı Sizlərlə bölüşmək istərdim.Gücləndirilmiş iş rejimiDemək, paytaxta və regionlara qar yağır, termometr gündüzlər müsbət hərarət göstərsə də, amma havanın şiddəti dəfələrlə soyuqdur.
Belə bir soyuq hava şəraiti ölkəmizdə 2012-ci ilin yanvar-fevralında müşahidə edilmişdi.
Bu ab-havada KİV-i “vərəqlədikcə” gözə sataşan başlıqlar bilirsiniz nə olur?
“Azəriqaz”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəhcizat” kimi qurumların gücləndirilmiş iş rejiminə keçmələri.
Bir tərəfdən baxanda xoş ovqat yaradır istehlakçılarda, çünki onlarda üzləşə biləcəkləri hansısa qeyri-standart vəziyyətdən sığorta olduqlarına əminlik hissi artır.Amma idarəçilik nöqteyi nəzərdən götürsək, məsələ belə olmamalıdır – 24 saat işləyən bu qurumların fəaliyyətindəki iş rejiminə sakit və qeyri-stabil hava şəraitinin elə bir təsiri olmamalıdır.
Mən demirəm Avropanı və ya uzaq Amerikanı, heç Rusiyada belə bu cür hallarda bizlərdəki xəbər başlıqlarına bənzər məlumatlar yer alırmı?