Azərbaycanın paragüllə atıcısı Serbiyada qızıl medal qazanıb

28.08.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyada keçirilən Novi Sad Qran-prisində qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, o, 10 metr məsafədən (P1) atəş açmada uğurlu olub.

Azərbaycan təmsilçisi 236.9 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью