Azərbaycanın peyk interneti platforması mükafata layiq görülüb

15.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) innovativ məhsulu olan “Azconnexus”, yayım sektorunun inkişafına verdiyi töhfəyə görə ən yaxşı “VSAT Service Provider” (VSAT xidmət təchizatçısı) nominasiyası üzrə mükafat ilə təltif olunub.

AZƏRTAC qurumun yaydığı məlumata istinadla xəbər verir ki, Azərbaycan Kosmik Agentliyinin aparıcı peyk rabitə platforması olan “Azconnexus”u yeni peyk data həlləri ilə zənginləşdirib. Platforma “Azerspace-1” və “Azerspace-2” peykləri üzərindən, həm C yayım şüası, həm də Ku yayım şüası spektrlərində Dövlət, Korporativ və Mobil sektorlarının ehtiyaclarına uyğun şəkildə optimallaşdırılmış yüksək keyfiyyətli peyk həllərini təklif edir. Ən ucqar və çətin mühitlərdə belə kəsintisiz və yüksək sürətli peyk bağlantısı təmin edən “Azconnexus”, həyati əhəmiyyətli əməliyyatlar üçün etibarlı və davamlı hesab olunur.

Qeyd edək ki, ötən gün “Azərkosmos” Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya şirkəti “Galaxy Telecom FZE” ilə yeni əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə Dubayda keçirilən "SATExpo 2025" sərgisi çərçivəsində imzalanıb. Müqaviləyə əsasən “Azerspace-2” peyki üzərindən Yaxın Şərq regionunda olan müştərilərə internet xidmətləri təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью