Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri sentyabrın 8-də açıqlanacaq.
Redaktor.az xəbər verir ki, bu barədə PISA beynəlxalq tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə bildirildi.
Qeyd olundu ki, PISA 2025 tədqiqatının nəticələri 8 sentyabr 2026-cı il tarixində saat 11:30-da açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan PISA tədqiqatında əvvəlki illərdə yalnız Bakı ilə iştirak edib. PISA 2025-də isə ilk dəfə olaraq ölkənin bütün regionlarının, o cümlədən şəhər və kənd məktəblərinin iştirakı təmin edilib.
Tədqiqat 15 yaşlı şagirdlərin məktəbdə əldə etdikləri bilik və bacarıqları real həyatda tətbiq etmək imkanlarını qiymətləndirir.
NURİYYƏ