Azərbaycanın qadın boksçuları ilin ilk hazırlığına başlayıblar

15.01.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma Şəkidə təlim-məşq toplanışındadır. Əsas diqqət idmançıların ümumi fiziki hazırlığa yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.

Hazırlıq prosesi yanvarın 25-də başa çatacaq.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью