Azərbaycanın qadın boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcəklər

03.02.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın qadın boksçuları fevralın 5-9-u aralığında Serbiyanın paytaxtı Belqradda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığmanın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) gücünü yoxlayacaq.

Qeyd edək ki, bu gün səfərə yollanan idmançılar fevralın 10-da Bakıya qayıdacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью