Azərbaycanın qadın həndbolçulardan ibarət yığmasının İslamiadadakı rəqibləri müəyyənləşib

26.10.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 oktyabr, AZƏRTAC

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmamız Qazaxıstan, Pakistan və Qətər seçmələri ilə birgə B qrupunda yarışacaq. A qrupunda isə Türkiyə, İran, Qvineya və Maldiv adaları millisi yer alıb.

İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.

Xatırladaq ki, qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl medal, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən Oyunlarda isə gümüş medal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью