Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq. Azərbaycanın qadınlardan ibarət voleybol klublarının avrokuboklarda iştirak etməməsinin səb
İdman.biz xəbər verir ki, bu barədə Teleqraf-a federasiyanın prezidenti Şahin Bağırov açıqlama verib.
Bağırovun sözlərinə görə, bu, komandaların hazırlıq səviyyələri ilə əlaqədardır: "Klub səviyyəsində gələcəkdə avrokuboklarda təmsil olunmağı hədəfləyirik.
Amma bunun üçün böyük hazırlıq görülməlidir. Tam güvənli və tam dayanıqlı klublar yaradılmalıdır".
Əvəzində qurum rəhbəri 2026-cı ildə qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatında mübarizə aparacağını vurğulayıb: "Oyunların bir neçəsi Azərbaycanda keçiriləcək.
Hədəfimiz qitə çempionatında yaxşı təmsil olunmaq, yaxşı nailiyyətlər göstərmək və qrup mərhələsini keçməkdır".
Qeyd edək ki, Azərbaycanı qadın voleybolçular arasında Çempionlar Liqasında sonuncu dəfə 2016/2017 mövsümündə "Azərreyl" təmsil edib.
Sonrakı mövsümlərdə yalnız CEV Kuboku və Çağırış Kubokunda təmsilçilər olub.