Azərbaycanın qeyri neft ixracı 184 milyon dollar artdı

10.11.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Qazaxıstana qeyri-neft məhsulları ixracı 70,2 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon dollar və ya 21 faiz azdır. 2024-cü ilin eyni dövründə ixracın həcmi 88,9 milyon dollar idi.

Axar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanın qeyri-neft-qaz məhsullarının əsas ixrac istiqamətləri Rusiya (33,2%), Türkiyə (16,5%), İsveçrə (9,4%), Gürcüstan (9,2%), Ukrayna (5,6%), BƏƏ (3%), Qazaxıstan (2,7%), Belarus (2,1%), Özbəkistan (2%) və Türkmənistandır (1,9%). Digər ölkələrin payına ümumi ixracın 14,6 faizi düşür.

Ümumilikdə, bu ilin ilk doqquz ayında Azərbaycanın müxtəlif ölkələrə qeyri-neft məhsulları ixracı 2 milyard 649 milyon dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5 faiz çoxdur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью