Azərbaycanın qeyri neftqaz ixracı ARTDI Ən çox satılan məhsullar

21.11.2024

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın qeyri neft-qaz məhsullarının ixracının həcmi artıb.

Sfera.az xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarında 2,712 milyard dollar olan qeyri neft-qaz ixracının həcmi bu il 2,807 milyard dollara yüksəlib.

Azərbaycanın əsas qeyri neft-qaz məhsulu meyvə-tərəvəz olub. İlk 10 ayda ölkəmizdən 535 milyon dollarlıq meyvə-tərəvəz satılıb ki, bu da ixracın 19 faizini təşkil edib.

Meyvə-tərəvəzdən başqa, 332,6 milyon dollar dəyərində plastmassa və ondan hazırlanan məhsullar, 237,25 milyon dollarlıq kimya sənayesi məhsulları, 169 milyon dollarlıq alüminium, 161 milyon dollarlıq pambıq lifi satılıb.

Vasif

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью